Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti seçilib.
Fanat.Az xəbər verir ki, Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə keçirilən İdarə Heyətinin iclasında Azər Əliyev I vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.
Hafiz Verdiyev baş katib, Azər Mustafayev baş məşqçi vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident postunu tutub.