Əsgər Abdullayev "Xəzər Lənkəran"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Araz Naxçıvan”ın baş məşqçisi istədikləri nəticəni əldə edə bilmədiklərini deyib:
"Rəqibin güclü olduğunu bilirdik. Premyer Liqada öz sözünü demiş, köklü komandadı. Səkkiz ay yarımlıq komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma alınmadı. Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdü. Şansımız az olsa da, dəyərləndirməyə çalışacağıq. Heyət seçimində səhv etdiyimi düşünmürəm. Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı, bəzi epizodlarda səhv etdiyini düşünürəm. Qapıçımız bu gün yaxşı oynadı, onun gələcəyinə inanıram".
Fanat.az