İyulun 2-dən 14-dək Azərbaycanda Hərbçilər arasında 1-ci dünya futbol kuboku turniri keçiriləcək. Yarışda mübarizə aparacaq Azərbaycan komandası hazırlığını davam etdirir. Hazırlıq prosesi çərçivəsində Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komandamızın üzvlərinə oyun qaydaları ilə bağlı ətraflı məlumat verib.