Azərbaycanın batut gimnastı Selcan Mahsudova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokuna layiq görülüb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı İsveçrənin Arosa şəhərində keçirilən Dünya Kubokundakı nəticəsinə əsasən təltif olunub. O, yarışı beşinci pillədə başa vurub.
Bu mükafat gimnastların il ərzində iştirak etdiyi dörd Dünya Kubokunda topladığı xalların cəminə əsasən təqdim edilir.