Bir neçə gün öncə Polşa mətbuatının bu ölkənin “Podbeskidzie” klubunda çıxış edən və son mövsümdə çempionatın bombardiri olmuş Robert Demyanla Azərbaycan çempionu “Neftçi”nin maraqlandığına dair məlumat yaydığını xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, bu, heç də həqiqətə uyğun məlumat deyilmiş.
Məsələ burasındadı ki, “Neftçi” rəsmiləri bu məlumatı təkzib ediblər. Klubdan aldığımız məlumatda bunun dezinformasiya olduğu üzə çıxıb: “Bu futbolçu bizim maraq dairəmizdə olmayıb. Güman ki, bu məsələni Demyanın menecerləri qəsdən uydurublar ki, futbolçunun qiymətini artırsınlar”.
İdman24.az