Yüngül atletika üzrə Portuqaliya çempionatı zamanı qeyri-adi hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, 110 metr məsafəyə maneələrlə qaçış yarışında qeydə alınan görüntülər sosial şəbəkədə sürətlə yayılıb.
30 yaşlı Joau Vitor de Oliveyru əsas rəqibi Abdel Larrinaqanın ondan üstün olduğunu başa düşərək finiş xəttini sözün əsl mənasında, uçaraq keçib. "Supermen" idmançının planı işə yarayıb - o, yarışı 13,83 saniyəyə başa vuraraq çempion olub. Larrinaqa isə finişə çempiondan 0,03 saniyə gec çatıb.
Final 110 m v. Campeonato de POR .
— Óscar Fdez. (@gabyandersengz) July 1, 2022
Ganó Vitor (Benfica, camiseta roja) a Larrinaga.
13.83/13.86
El piscinazo del año. pic.twitter.com/wvyTSEZPIc
Mirağa