İspaniya milli komandasının ulduzu Andres İniesta İtaliyaya qarşı oynayacaqları Konfederasiya Kubokunun yarımfinal matçını səbirsizliklə gözləyir.
İdman24.az xəbər verir ki, İniesta "Mükəmməl bir yarımfinal olacaq. Kim şanslı olacaq, görəcəyik. Heç kimdən qorxmuruq. Güclü İtaliya komandası ilə qarşılaşacağıq. Diqqətli olmalıyıq. Amma onlardan qorxmuruq", deyib.