Bu gün UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil qərargahında Çempionlar Liqasının 2013/14 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də ilk rəqibini tanıyıb.
Qeyd edək ki, paytaxt klubu ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin püşkatması zamanı “Neftçi” səpələnmişlər sırasında yer alıb. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alıb.
Bu mərhələdə iştirak etmək hüququ qazanan klublar aşağıdakılardı:
Səpələnmişlər | Səpələnməmişlər |
1-ci | Qrup |
Steaua (Rumıniya) | Zeljezniçar (Bosniya və Herseqovina) |
Viktoria (Çexiya) | Skenderbeu (Albaniya) |
Sheriff (Moldova) | Birkirkara (Malta) |
Maribor (Sloveniya) | Vardar (Makedoniya) |
Neftçi (Azərbaycan) | Sutjeska (Monteneqro) |
2-ci | Qrup |
Legia (Polşa) | Hafnarfjordur (İslandiya) |
Elfsborg (İsveç) | TNS (Uels) |
Celtic (Şotlandiya) | Sligo Rovers (İrlandiya) |
Molde (Norveç) | Cliftonville (Şimali İrlandiya) |
HJK (Finlandiya) | Daugava (Latviya) |
Ekranas (Litva) | Nomme Kalju (Estoniya) |
3-cü | Qrup |
BATE (Belarus) | Gyor (Macarıstan) |
Dinamo (Zaqreb, Xorvatiya) | Ludogorets (Bolqarıstan) |
Partizan (Serbiya) | Şaxtyor (Qazaxıstan) |
Dinamo (Tiflis, Gürcüstan) | Fola (Lüksemburq) |
Slovan (Slovakiya) | İlk mərhələnin qalibi |
Maccabi (Təl-Əviv, İsrail) | İlk mərhələnin qalibi |
Eyni zamanda Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də “Neftçi”nin potensial rəqibləri arasında idi. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və Tre Penne (San-Marino). Püşkatma zamanı məhz ilk təsnifat mərhələsinin püşkü atılıb. Nəticədə, sözügedən dörd klub aşağıdakı şəkildə bir-birinə rəqib olub.
1. Streymur - Lusitanos
2. Tre-Penne - Shirak
Püşkatma ərəfəsində UEFA ikinci təsnifat mərhələsinin iştirakçılarını müəyyən amillər nəzərə alınmaqla bir neçə qrupa ayırmışdı. Göründüyü kimi, “Neftçi”nin daha konkret potensial rəqiblərinin kimliyi də bəlliydi. Belə ki, təmsilçimiz "Zeljezniçar", "Skenderbeu", "Birkirkara", "Vardar" və "Sutjeska"dan biri ilə üz-üzə gələ bilərdi. Lakin püşk təmsilçimizin bəxtinə "Skenderbeu"nu çıxarıb. Bütövlükdə, ikinci təsnifat mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək.
Neftçi - Skenderbeu
Steaua - Vardar
Viktoria - Zeljezniçar
Sherif - Sutjeska
Birkirkara - Maribor
Sligo-Rovers - Molde
Elfsborg - Daugava
HJK - Nomme Kalju
Ekranas - Hafnarfjordur
Dinamo (Zaqreb) - Fola
BATE - Şaxtyor
2-ci cütün qalibi - Partizan
Slovan - Ludogorets
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.
İdman24.az