Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
Fanat.Az xəbər verir ki, üçtəkanla tullanmada növündə mübarizə aparan Aleksis Kopello fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.