"Xəzər Lənkəran"la matça yaxşı hazırlaşmışıq. Heyətdə zədəli futbolçumuz yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev deyib.
"Araz Naxçıvan" bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab matçına çıxacaq və "Xəzər Lənkəran"ın qonağı olacaq. Tərəflər arasındakı ilk matç 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən Naxçıvan təmsilçisinə daha böyükhesablı heç-heçə və qələbə sərf edir. "Xəzər Lənkəran" isə 0:0-la da mərhələ adlaya bilər.
Abdullayev "Xəzər Lənkəran"ın favorit olduğunu etiraf etsə də, qabaqcadan təslim olmaq niyyətində deyil: "Xəzər Lənkəran"ın matçın favoriti olduğunu qəbul edirik. Ancaq biz də Lənkərana gəzməyə gəlməmişik. Necə oynayacağımızı indidən demək istəmirəm. Şansımız az da olsa, var və biz bunu dəyərləndirmək istəyirik".
Fanat.az