20:56 19.03.2014 759

"XL", "Qəbələ", "Rəvan" və "Neftçi" yarımfinalda

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, 4 oyunun hamısı eyni gündə baş tutub. Qarşılaşmalardan 1-i bölgədə, 3-ü isə paytaxtda baş tutub.
 
Günün ilk qarşılaşmasında "Rəvan" "Bakı"nın qonağı olacaq. İlk oyunda 0:1 hesabı ilə yenilən Güvənc Kurtarın komandasının şansları az idi. Lakin "Rəvan" "Bakı"nı mübarizədən kənarlaşdıra bilib. Hesabı 85-ci dəqiqədə ikinci yarıda meydana çıxmış Elvin Həsənəliyev açıb. 90 dəqiqə 0:1 hesabı ilə yekunlaşdığından əlavə vaxt elan olunub. Lakin 30 dəqiqədə də hesab dəyişməyib. Belədə qalib penalti seriyasında müəyyənləşib. Komandalar hərəyə 9 dəfə 11 metrlik zərbədən yararlanıb. Hər iki tərəf ilk 8 zərbəni dəqiq yerinə yetirib. "Bakı"dan Marius Penanın zərbəsini Lukaş Sapela dəf edib. "Rəvan"dan 9-cu zərbəni Novruz Məmmədov dəqiq yerinə yetirərək komandasını yarımfinala çıxarıb.

Növbəti qarşılaşma Lənkəranda baş tutub və "Xəzər Lənkəran" "Araz Naxçıvan"ı qəbul edib. Bu komandalar arasında Muxtar Respublikada keçirilən ilk matçda qələbəni son dəqiqələrdə ələn verən (1:1) lənkəranlılara mərhələ adlamaq üçün qələbə və qolsuz heç-heçə sərf edirdi. Mustafa Dənizlinin yetirmələri bu vəzifənin öhdəsindən minimal hesablı qələbə ilə gəliblər - 1:0. Mbilla Etamenin 25-ci dəqiqədə vurduğu qol "Xəzər Lənkəran"ı yarımfinala çıxarıb.

Premyer Liqanın lideri "Qarabağ" üçüncü pillədə qərarlaşan "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu səbəbdən "Qəbələ"yə qollu heç-heçə də sərf edirdi. "Qarabağ" isə mərhələ adlamaq üçün qələbə qazanmalı idi. Premyer Liqada bu komandaya qalib gələ bilməyən "Qəbələ" kubokda əvəzini çıxıb. Hesabı ilk yarının sonunda Daniel Subotiç açıb. 61-ci dəqiqədə Reynaldo Silva bərabərliyi təmin etsə də, 82-ci dəqiqədə Viktor Mendi qələbə qoluna imza atıb. Beləliklə, oyun "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mərhələnin son oyununda isə iki paytaxt təmsilçisi - "Neftçi" və "İnter" üz-üzə gəlib. Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu səbəbdən "Neftçi"yə qollsuz heç-heçə də sərf edirdi. "İnter" isə ya qələbə qazanmalı, ya da 2:2 və daha böyükhesablı heç-heçəyə nail olmalı idi. "Neftçi" istənilən nəticəyə - 0:0-a nail olub və mərhələ keçib.

Azərbaycan Kuboku
1/4 final
Cavab oyunları

19 mart
Bakı - Rəvan 0:1 (penalti - 8:9)
Qol: Elvin Həsənəliyev, 85.
Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 10. Aleksandar Soliç (15. Alberto Noquera, 64), 12. Etto, 19. Marius Pena, 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 80), 22. Namiq Ələsgərov, 23. Mario Lukas Horvat (16. Juninyo, 106), 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 20. Tural Qürbətov, 24. Georgios Pelagias, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar (14. Xuan Manuel Varea, 84), 15. Dmitri Kruqlov, 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 20. Miloş Adamoviç (10. Tyaqo Mirasema, 75), 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 78), 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 41. Kamil Kopunek.
Baş məşqçi: Güvənc Kurtar.
Dəqiq olan penaltilər: Etto, Juninyo, Vüqar Mustafayev, Yure Travner, Cavid Hüseynov, Alberto Noquera, Mario Alvares, Ruben Qonzales Xuan Manuel Varea, Tyaqo Mirasema, Dmitri Kruqlov, Mitya Moreç, Elvin Həsənəliyev, Mişel Balokoq, Oke Akpoveta, Orxan Lalayev, Novruz Məmmədov.
Dəqiq olmayan penalti: Marius Pena (Bakı) - qapıçı. 
Sarı vərəqələr: Mario Lukas Horvat, 56 (qeyri-idman hərəkəti). Etto, 58 (qeyri-idman hərəkəti) - Mişel Balokoq, 17 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 50 (qeyri-idman hərəkəti). Oke Akpoveta, 105 (fitdən sonra topa zərbə).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 300 tamaşaçı.

Xəzər Lənkəran - Araz Naxçıvan 1:0
Qol: Mbilla Etame, 25.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 5. Tyeqo, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara (23. Nikola Qliqorov, 78), 8. Deyan Blajevski, 10. Elnur Abdullayev (42. Kamran Abdullazadə, 90), 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame, 27. Manuel Skarlatake, 30. Elias (11. Zohair Benouahi, 46).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 12. Junior Nildo, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
Araz Naxçıvan: 1. Emil Balayev, 2. Aleksandr Krutskeviç, 3. Əlimirzə Daşzərini, 6. Mikayıl Rəhimov, 9. İrfan Yuseyinov, 10. Eşqin Quliyev (k), 14. Azər Məmmədov, 17. Bəxtiyar Soltanov (25. Elgiz Kərimli, 90+1), 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov, 21. David Canalidze (8. Elmin Çobanov, 81).
Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 11. Fərid Quliyev, 15. Elgün Abbaslı, 22. Əziz Hüseynov, 94. Tural Hümbətov.
Baş məşqçi: Əsgər Abdullayev.
Sarı vərəqələr: Elnur Abdullayev, 54 (qeyri-idman hərəkəti). Slavik Alxasov, 56 (qeyri-idman hərəkəti). Mbilla Etame, 72 (simulyasiya). Zohair Benouahi, 74 (qeyri-idman hərəkəti) - Ruslan Zubkov, 45+1 (qeyri-idman hərəkəti). İrfan Yuseyinov, 48 (qeyri-idman hərəkəti). Aleksandr Krustkeviç, 58 (qeyri-idman hərəkəti). Azər Məmmədov, 85 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Əli Hüseynov.
"Xəzər Lənkəran" mərkəzi şəhər stadionu. 6300 tamaşaçı.

Qarabağ - Qəbələ 1:2
Qollar: Reynaldo Silva, 60 - Daniel Subotiç, 45+1. Viktor Mendi, 81.
Qarabağ: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 58), 7. Namiq Yusifov (k) (70. Çumbinyo, 46), 10. Muarem Muarem (9. Reynaldo Silva, 46), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Ulriş Kapolonqo, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 30. Anar Nəzirov, 6. Vladimir Levin (k), 7. Marat İzmaylov, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse (2. Rail Məlikov, 29), 31. Daniel Subotiç (22. Lourival Assis, 86), 46. Davron Erqaşov, 88. Müşfiq Teymurov (8. Nizami Hacıyev, 48).
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 19. Abdulvahid Afolabi, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: Maksim Medvedev, 70 (qeyri-idman hərəkəti). Vüqar Nadirov, 90+2 (qeyri-idman hərəkəti) - Dodo, 54 (rəqibi tutduğuna görə). Marat İzmaylov, 54 (hakimə etiraz etdiyinə görə). Anar Nəzirov, 90+1 (oyunun bərpasını gecikdirdiyinə görə). Lorenzo Ebesilio, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Tofiq Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı.

Neftçi - İnter 0:0
Neftçi: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodir Nasimov (3. Denis Silva, 56)
, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (
23. Ruslan Qurbanov, 68)
, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (
10. Cavid İmamverdiyev, 87)
.
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye (8. Mikel Alvaro, 73)
, 28. Baçana Tsxadadze (19. Sezar Meza Kolli, 73//
11. Asif Məmmədov, 76
)
, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 21. Arif Daşdəmirov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Mirhüseyn Seyidov, 57 (qeyri-idman hərəkəti). Ernest Nfor, 69 (sistematik qayda pozuntusu). Erik Ramos, 87 (oyunun bərpasını gecikdirdiyinə görə). Denis Silva, 90+2 (qeyri-idman hərəkəti) - Brüs Abdulaye, 50 (qeyri-idman hərəkəti). Derlis Meza Kolli, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fariz Yusifov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakcell Arena". 1200 tamaşaçı.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

Facebookdan bizi izləməyi unutmayın.
X