10:40 20.03.2014 795

Səbayel Qurbanova, Naxçıvan və Lənkəran

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vuruldu. Cari mövsümdə kubokda ümumilikdə 20 oyun (1/16, 1/8, 1/4 final mərhələləri) baş tutub. Bu oyunların statistik göstəricilərinə nəzər salmaq qərarına gəldik.


Naxçıvanla Lənkəran...


Kubokun 20 oyununu ümumilikdə 37050 azarkeş canlı izləyib ki, bu da hər matça orta hesabla 1852 nəfərin düşməsi deməkdi. Kubok oyunlarındakı orta məhsuldarlıq Premyer Liqadan daha yüksəkdi. Belə ki, çempionatın arxada qalan 26 turunda orta məhsuldarlıq 1614 nəfər olub. 


Ev oyunlarında ən çox azarkeş toplayan komanda "Araz Naxçıvan" olub. Muxtar Respublika təmsilçisinin doğma meydanda keçirdiyi 3 qarşılaşmanı 17500 nəfər izləyib. Mövsümün rekordu da Naxçıvanda qeydə alınıb. Belə ki, 1/4 finalın "Araz Naxçıvan" - "Xəzər Lənkəran" qarşılaşmasına 8500 nəfər toplaşıb. "Araz Naxçıvan" - "Simurq" matçını 6000, "Araz Naxçıvan" - "Ağsu" qarşılaşmasını isə 3000 nəfər i zləyib.


Naxçıvan klubunu "Xəzər Lənkəran" izləyir. Lənkəranda baş tutmuş iki qarşılaşmada stadiona 9800 nəfər toplaşıb. Dünən keçirilən "Xəzər Lənkəran" - "Araz Naxçıvan" oyununda 6300, 1/8 finalın "Xəzər Lənkəran" - "Neftçala" matçında isə 3500 nəfrə olub.


İmişlidə "qırmızı oyun" 


20 oyunda hakimlər 10 futbolçunu meydandan qovub. 5 futbolçu birbaşa "qırmızı" vərəqə alıbsa, digər 5-i ikinci "sarı"dan sonra meydanı tərk etməli olub.


Ən çox qırmızı vərəqə "Mil-Muğan" - "Lokomotiv" oyununda göstərilib. İmişlidə baş tutan matçın baş hakimi Səbayel Qurbanova meydan sahiblərindən Vasif Mehrəliyevlə Nicat Fərəclini, qonaqlardan isə Nicat Əsgərovla Kənan Cəfərovu meydandan qovub. Vasiflə Mehrəliyevlə Nicat Əsgərov hakimi, Nicat Fərəcli və Kənan Cəfərov isə rəqibi təhqir etdiyinə görə "qırmızı" görüb. 


Sarı vərəqələr və penaltilər


Sarı vərəqələrə gəlincə, hakimlər 20 oyunda 104 dəfə bu cəza üsulundan istifadə edib ki, hər matça orta hesabla 5,2 "sarı" düşür. 5 halda 2 "sarı" "qırmızı"ya çevirilib.


Kubokda hakimlər 9 penalti zərbəsi təyin edib. Futbolçular bu şansların 7-dən yararlana bilib. 2 halda isə 11 metrlik zərbələr dəqiq olmayıb.


Qeyd edək ki, iki oyundakı penalti seriyaları bura daxil deyil.


57 qol, 48 futbolçu


Kubokun 20 oyununda 57 qol qeydə alınıb. Bu isə hər matça orta hesabla 2,85 top deməkdi. Kubokda məhsuldarlıq çempionatdan yüksəkdi. Belə ki, Premyer Liqanın arxada qalan 26 turunda orta məhsuldarlıq 2,38 olub.


57 qola 48 müxtəlif futbolçu imza atıb. "Xəzər Lənkəran"lı Mbilla Etame 3, daha 7 futbolçu isə 2 dəfə fərqlənib.


İnter (8): Aleksandr İaşvili (2), Asif Məmmədov (2), Matiya Spiçiç, Ruslan Əmircanov, Abdulla Abatsiyev, Vaqif Cavadov.

Xəzər Lənkəran (6): Mbilla Etame (3), Sadio Tounkara (2), Alvaro Silva.

Rəvan (6): Vüsal Qarayev (2), İvan Pexa, Elnur Abdulov, Rəşad Abdullayev, Elvin Həsənəliyev.

Qaradağ (5): Novruz Ələkbərov, Murad Ağakişiyev, İlham Allahverdiyev, Rüfət Məmmədov, Anar Həsənov.

Mil-Muğan (5): Nicat Fərəcli, Elşən Hacıyev, Elxan Məmmədov, Samir Babayev, Elnur Məmmədov.

Şuşa (4): Elvin Adişirinli (2), Elvin Adişirinli, İsrafil Qarayev.

Araz (4): Elmin Çobanov, David Canalidze, Bəxtiyar Soltanov, Tərlan Xəlilov.

Qəbələ (4): Leonardo da Silva, Abdulvahid Afolabi, Daniel Subotiç, Viktor Mendi.

Bakı (3): Aleksandar Soliç, Risto Ristoviç, Cavid Hüseynov.

Şahdağ (2): Abdulla Zilpukarov, Mahiddin Ağamov.

Lokomotiv (2): Kamran Həsənzadə, Tural Qürbətov.

Neftçi (2): Ernest Nfor, Bahodir Nasimov.

Qarabağ (2): Reynaldo Silva (2).

Simurq (2): Rəşad Eyyubov (2).

MOİK (1): Arzuman Vəliyev.

Sumqayıt (1): Slavik Alxasov.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

18:40

1-ci Liqada mövsümə yekun vuruldu

18:13

1-ci Liqada pley-off oyununun vaxtı bilindi

17:48

Həlledici oyunların yeri və vaxtı bilindi

17:29

"Atletik" baş məşqçisi ilə müqavilə yenilədi - RƏSMİ

17:10

"Anladım ki, uyğunlaşmasam, bir daha Çempionlar Liqasını qazana bilməyəcəm"

16:52

"Şamaxı"nın 7 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - AÇIQLAMA

16:34

"Həmin oyunçular milliyə dəvət olunmayacaqlar" - Fernandu Santuş

16:16

Azərbaycan millisinin heyəti açıqlandı

15:57

Entso Fernandesin aqibətinin necə olacağı dəqiqləşdi

15:36

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate turniri keçirildi

15:19

"Mənim "Real"la bağlılığım əbədidir" - Ançelottidən emosional vida

15:01

Deku Yamal üçün hansı klubun "Barsa"ya müraciət etdiyini dedi

14:43

Azərbaycan millisi seçmə mərhələyə İngiltərə üzərində qələbə ilə başladı

14:25

Füzuli Məmmədov "Karvan" üzərində qələbəni şərh etdi: "Hesab böyük ola bilərdi"

14:04

"Real" Ançelottinin getdiyini açıqladı

13:46

Azərbaycanın yeniyetmə basketbolçuları AÇ-nin hazırlaqlarına başladılar

13:28

Premyer Liqada mövsümün 5 tapıntısı - Suma da belə deyildi

13:10

Julio Baptista "Real"a qayıdır

12:51

Mareska ÇL uğrunda mübarizə və KL-in finalı barədə fikirlərini bölüşdü

12:33

"Bu turnirdə oynamaq bizim üçün böyük şərəfdir" - Xosep Qvardiola

12:14

"Müasir futbolda məni ən çox qıcıqlandıran..." - Klod Makelele

11:56

38 yaşlı Vardi La Liqa klubuna keçməyə yaxındır

11:38

“Qələbə Kuboku”: Azərbaycan boksçuları Rusiyada yarımfinala yüksəldi

11:20

Avropa Liqasında mövsümün komandası müəyyənləşdi

11:01

Ərəb şeyxi İngiltərə klubunu almaq istəyir - Danışıqlar başladı

10:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:23

Raul Qonsales "Real"dan ayrılmağa qərar verdi - Onu Madrid nəhənginin digər əfsanəsi əvəz edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X