“Püşkün nəticəsindən razıyam”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atıldı. “Ağ-yaşıllar” bu mərhələdə Maltanın “Slima” klubu ilə qarşılaşacaq.
Toşakın fikrincə, püşk onun arzuladığı kimi olub: “Hələ püşkdən öncə ilk oyunu səfərdə keçirmək istəyirdim. Belə də oldu. Rəqibə gəlincə, “Slima” Maltadan daha məşhurdu. Baxmayaraq ki, Malta futbol ölkəsi deyil. Amma “Slima” müntəzəm olaraq avrokuboklarda çıxış edir. Komandamızda yeni futbolçular var. Bu baxımdan bizə çətinlik ola bilər”.