"Qarabağ"la kubok matçında 200 gündən sonra yaşıl meydanlara dönən "Qəbələ"nin futbolçusu Rail Məlikovun ayağında yenidən problem yaranıb. Fanat.az xəbər verir ki, müdafiəçinin ayağında şiş əmələ gəlib.
Buna baxmayaraq, Məlikovun durumu o qədər də ciddi deyil. Onun sabah Premyer Liqanın XXVII turu çərçivəsində "İnter"lə keçiriləcəy oyunda meydana çıxması gözlənilir.
Qeyd edək ki, Rail sonuncu dəfə ötən ilin 31 avqustunda, Premyer Liqanın V turunun "Xəzər Lənkəran"la oyununda meydana çıxmışdı. Bundan sonra məşqdə ağır zədə alan futbolçu ön çarpaz bağları qopduğundan 200 gün yaşıl meydanlardan kənarda qalmalı olmuşdu. Məlikov "Qarabağ"la kubokun caıab matçının 29-cu dəqiqəsində zədələnən İbrahima Niasseni əvəzləyərək meydana dönüb.
Fanat.az