13:56 26.08.2022 689

İdmançıların reklam etdiyi enerji içkilərinin zərərləri - Mütəxəssislər şərh edir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Son dövrlərdə uşaqdan böyüyə hər kəsin əlində enerji içkilərinə rast gəlmək mümkündür. Bu içkilər siqaret və alkoqol kimi insan sağlamlığına zərərli olsa da, insanlar bilə-bilə özlərini təhlükəyə atırlar. 

Bunu mən yox, həkimlər deyir. Onların sözlərinə görə, enerji içkilərinin sağlamlığımız üçün riskləri aşağıdakılardır:

Kofein intoksikasiyası
Baş ağrısı da daxil olmaqla kofeinin çəkilmə simptomları
Ürək-damar problemləri
Qan təzyiqinin yüksəlməsi
Piylənmə
Yuxu pozğunluqları
Kalsium çatışmazlığı
Diş problemləri
Xüsusilə diabetli insanlar üçün yeməkdən sonra artan hiperqlikemiya.

Ümumdünya Səhiyyə Təşkilatı apardığı araşdırmalar nəticəsində elan etdi ki, yüksək miqdarda enerji içkisinin istehlak edilməsi insan sağlamlığı üçün təhlükə yaradır. Xüsusilə enerji içkilərinin uşaqlar üçün uyğun olmaya biləcəyi ilə bağlı izahatlar və xəbərdarlıqlar olsa belə, enerji içkilərini ən çox qəbul edənlər məhz uşaqlar və yeniyetmələrdir. Daha pisi isə odur ki, bəzən valideynlər özləri övladlarına belə içkilər alırlar. 

Ancaq insanları da qınamaq olmur. Çünki telekanallarda, sosial şəbəkələrdə, veb-saytlarda, demək olar ki, hər yerdə bu içkilər reklam edilir. Hətta ölkənin idman kanallarında idmançıların ifasında enerji içkiləri təbliğ olunur. Belə olan halda, insanları, uşaqları, yeniyetmələri necə qınayasan? Gənc idmançı telekanallarda, tanınmış idmançıların təqdimatında enerji içkilərinin reklamlarına baxıb, sosial şəbəkə hesablarında tanınmış idmançıların enerji içkilərinin fotosunu paylaşmasını görüb bu içkilərə necə meyillənməsin? 

Fanat.Az olaraq bu problemli məsələni daha geniş araşdıraraq öz sahəsində püxtələşmiş mütəxəssislərin fikirlərini öyrəndik. 

Onu da qeyd edək ki, bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı aparılan son monitorinqin nəticəsini açıqladı və ölkədə enerji içkisi adı altında satılan bir çox markanın alkoqolsuz şəkərli sərinləşdirici içki olduğu aşkarlandı. 

Qida üzrə ekspert, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynovun enerji içkiləri ilə bağlı sözlərinə diqqət edək: "Azad İstehsalçılar Birliyi olaraq enerji içkilərinin əleyhinəyik. Satışda enerji içkilərindən heç də az təhlükəli olmayan "Coca-Cola", "Fanta", "Pepsi" kimi içkilər də var. Azərbaycan höküməti və Azad İstehsalçılar Birliyini enerji içkilərinə əlçatarlığın azaldılması üçün müəyyən iş gördü. Aksiz vergiləri tədbiq olundu və Qida Təhlükəsizlik Agentliyi enerji içkilərinin tərkibini nisbətən yaxşılaşdırmaq üçün işlər apardı. Azərbaycanda istehsal edilən və ölkəmizə idxal olunan enerji içkilərinin tərkibi xeyli yaxşılaşdı. 

Ümumiyyətlə, enerji içkilərinə basqı da görürük, reklamını da. Azad İstehsalçılar Birliyinin əldə etdiyi yeni məlumatlara görə, enerji içkilərinə qarşı olunan böyük anti-reklam kampaniyalarının kökündə "Coca-Cola" dayanır. "Coca-Cola" böyük şirkət olduğu üçün ictimai rəyə böyük təsiri var. Ona görə də, biz təəccüb edirik ki, nə üçün AQTA bu qədər təhlükəli içkiləri kənarda qoyub tez-tez enerji içkilərinin üzərinə düşür. 

O ki qaldı idmançıların reklamlarda çəkilməsinə, qanun bunu qadağan etməsə də, Azad İstehsalçılar Birliyi bunu düzgün hesab etmir. Hətta böyük idman yarışları keçiriləndə nazir müavininə bildirdim ki, mən enerji içkisi şirkətinin idman yarışının təşkilatçısı olmasının tərəfdarı deyiləm. Bu, yolverilməzdir, doğru deyil. Enerji içkisi insanlara zərərli bir şeydir. Məhsulun etiketində özü yazır ki, zəif insanlara, hamilə qadınlara zərərdir. Hansı məntiqə sığır ki, zəifə zərər olan bir şey güclüyə faydalı olsun? Lakin biz dərk etməliyik ki, kapitalizm cəmiyyətində yaşayırıq. Burada əsas pul amilidir. İnsan sağlamlığı arxa plandadır. İnsanın uzunömürlü və sağlam olması dünyada heç bir nazirə, heç bir "korol"a lazım deyil. Əslində, Ümumdünya Səhiyyə Təşkilatı və çoxsaylı səhiyyə təşkilatlarının insanları belə məhsullardan uzaq durmağa çağırmaması qeyri-səmimidir. Enerji içkiləri və adını qeyd etdiyim "Coca-Cola" kimi içkilər zərərlidir. 

Mən qərar verən şəxs olsaydım, idman yarışlarında enerji içkilərinin sponsor olmasına icazə verməzdin, idmançıların da enerji içkilərinin reklamına çəkilməsinə son qoyardım. İdmançılara çağırış edirəm ki, pul xatirinə belə reklamlara çəkilməsinlər. Bütün dünyada bunun aqressiv reklamı gedir. AQTA-nın çatışmazlıqlarından biri odur ki, bundan daha zərərli içkilərə üzünü çevirmir. Düşünürəm ki, bu işdə də "Coca-Cola"nın təsiri var". 

Məsələnin tibbi tərəfini isə Azərbaycanın tanınmış idman həkimlərindən olan Rəhim Məhərrəmov izah etdi: "Enerji içkisi deyəndə qazlı, şirin su nəzərdə tutulursa, bunun içilməsini məsləhət görmürəm. Nəinki idmançılara, adi insanlara da... Belə içkilərin tərkibində olan şəkər həddindən artıq çox olduğu üçün məsləhət görülmür. Enerji içkisi oldu, olmadı, əsas onun qazlı, şirin su olmasıdır. Belə içkiləri daha çox gənc idmançılar istifadə edirlər. Bu içkilərin fəsadları həddindən artıq çoxdur. Orqanizmdə şəkər yüksəlir, xolesterin qalxır, bu isə idmançının məşqinə, yuxusuna, iştahına, bir sözlə, hər şeyə təsir edir. Ona görə də belə içkilədən istifadə edilməsini tövsiyə etmirəm. Aydın məsələdir ki, bu, biznesdir, reklam edirlər. Amma ziyanının nə olduğunu demirlər. Ona görə azyaşlı uşaqlardan böyüklərə qədər məsləhət görülmür. Enerji içkisi olsun, adi şirin su olsun, qazlı, şirin içkilərdən istifadə edilməsi zərərlidir". 

Enerji içkilərindən daha çox uşaq və yeniyetmələrin istifadə etdiyini nəzər alsaq, ölkənin ən böyük futbol akademiyalarından birinə sahib olan "Qəbələ" klubunda belə içkilərə münasibətin necə olduğunu öyrəndik. Klubun meneceri Nail Kərimov məsələyə münasibət bildirdi: "Biz akademiyada uşaqlara enerji içkilərindən istifadə edilməməsinin təbliğatını aparırıq. Bəzi seminarlarda əyani şəkildə futbolçulara məlumat verilib. Təbii ki, futbolçuların hər birinə hər dəqiqə nəzarət etmək mümkün deyil. Bazarda geniş çeşidi olduğuna görə, ola bilər ki, futbolçular haradasa, necəsə bu məhsullardan istifadə edir. Amma ümumilikdə enerji içkisini bir kənara qoyaq, qazlı və şəkərli içkilərin insan orqanizminə xeyirli olmadığını, xüsusən qazlı içkilərin futbolçularda fərqli problemlər yaratdığını nəzərə alaraq bütün qazlı və şəkərli içkilərdən imtina etməli olduqlarını, həmçinin enerji içkilərinə də laqeyd qalmalarını daim məsləhət görürük. Daim bu yöndə işlər aparırıq". 

Ölkə idmanının tanınan simalarının da enerji içkilərinə münasibətini öyrəndik. Maraqlıdır, onlar özləri bu içkilərdən istifadə edirlərmi? İdmançı həmkarlarının bu içkiləri təbliğ etməsini necə qiymətləndirirlər? 

İkiqat Paralimpiya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev: "Özüm istifadə etmirəm. Övladlarıma da qadağa qoymuşam. Ancaq idmançılar və kanallara gəlincə, öz işləridir". 

Azərbaycan karate millisinin üzvü Fəridə Əliyeva: "İdmançıların reklama çəkilmələri ilə bağlı heç nə deyə bilmərəm. Böyük ehtimalla, onların qazanc mənbəyi və ya onların tanınmasına səbəb ola bilər. Ona görə də, bu haqda heç nə deyə bilmərəm. Ancaq özüm enerji içkisindən qəti şəkildə istifadə etmirəm, sevmirəm. Daha çox təbii içkilərdən istifadəni idmançılara məsləhət görürəm". 

"Atilla" idman klubunun direktoru, kişilərdən ibarət cüdo yığmasının sabiq baş məşqçisi Fərhad Məmmədov: "İstifadə etmirəm. Ziyanlı bir şey olduğunu bilirəm. İdmançılarımıza da məsləhət görmürəm. Eşitdiyimə görə, içkilərdən mütəmadi istifadə edən insanların səhhətində problem yaranıb". 

Yunan-Roma güləşi yığmasının məşqçisi Həsən Əliyev: "İdmançı karyeramı bitirdiyim üçün enerji içkilərindən istifadə edirəm. Bilirəm ki, etməməyim daha məsləhətlidir, ancaq yenə də edirəm. Büruzə verəcək dərəcədə ziyanını görməmişəm. İdmançılara isə təbii ki, qadağandır. İçməklərinə icazə vermirik. Ziyandan əlavə, tərkibində şəkər olduğu üçün kökəlmə verir. Çəkiləri artmasın deyə məsləhət görmürük. 

Reklama gəlincə, idman kanalları hansı prinsiplə işləyir, bilmirəm. Bunu ancaq dünyanın idman kanallarına baxıb müqayisə etmək olar ki, onlar belə içkiləri reklam edirlər, ya yox. Mən deyərəm doğru deyil, ancaq hər yerdə belə reklamlar yayımlanması normal bir hal olar. Ancaq mən belə düşünürəm ki, daha xeyirli qidalar, içkilər reklam edilsə, daha yaxşı olar.

Bütün dünyada idmançılar reklama çəkilirlər. Yaxşı pul verirlər, onlar da çəkilir. Xeyirli qidalar da inkişaf etsin, reklama pul versinlər, onlar da reklam etsin. Hansısa idmançı bir reklamdan hansısa dünya çempionatında əldə edilən miqdarda pul alırsa, niyə də çəkilməsin?! Şəxsən mən olsam, mən də çəkilərdim. O dərəcədə ziyanlı deyil, qazancı da yaxşıdır. Kiminsə illərlə qazandığı pulu sən bir reklama alırsan. Kimsə də deyirsə, olmaz, ziyandır, etməməlidir, boş şeylərdir. O təklif kimə olunsa, "ziyandır" deyənlər də gedib çəkilərlər. 

P.S. Telekanallarda tez-tez yayımlanan enerji içkilərindən birinin reklam çarxında yer alan Rafael Ağayevin də fikirlərini öyrənməyə çalışdıq. Tanınmış karateçiyə enerji içkilərindən gündəlik həyatda istifadə edib-etmədiyini soruşduq, lakin Ağayev sorğumuzu cavabsız qoydu.

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etdiyi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X