"Rəvan" Topaz Premyer Liqasının XXVII turunda "Neftçi"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, sabah "Bayıl Arena"da keçiriləcək görüş öncəsi "sarı-qırmızılılar" bu oyun üçün son hazırlığını da başa vurub.
Elə "Bayıl Arena"da baş tutan məşqdə baş məşqçi Güvənc Kurtar yetirmələrini təxminən 1 saat çalışdırıb. Əsasən taktiki hazırlığın son mərhələsi olan məşq yüngül xarakterli olub.
Qeyd edək ki, hazırda "Rəvan"ın düşərgəsində cəzalı futbolçu yoxdu. Lukaş Sapela, Novruz Məmmədov, Julio Sezar və Oke Akpoveta cəzasını başa vurub. Oke ilə qapıçı Kamal Bayramovun yüngül zədələri olsa da, bu, onların matçdakı iştirakına mane olmamalıdı.
Fanat.az