Hayfa “Makkabi”sinin baş məşqçisi Erik Benado Avropa Liqasında rəqibinin müəyyənləşəcəyi “Slima” - “Xəzər Lənkəran” cütünü diqqətdə saxlayacaq. Apasport.az saytının məlumatına görə, İsrail yığmasının sabiq futbolçusu Malta və Azərbaycan təmsilçiləri haqda daha çox məlumat toplamalı olduqlarını düşünür.
Onun sözlərinə görə, I təsnifat mərhələsində rəqiblərin bir-biri ilə üzləşməyi baxımdan onlar üçün yaxşı fürsətdir: “Hər 2 komanda bir-biri ilə 2 dəfə oynayacaq. Biz bu faktı maksimal dərəcədə istifadə edəcəyik. Bununla “Slima” və “Xəzər Lənkəran” haqda mümkün olan hər şeyi öyrənə biləcəyik. Heyətimizə Kiryat-Şmon “Hayfa”sından hücumçu Abu Hazeyrenı transfer edərək, 4 illik müqavilə imzalamışıq”.
Qeyd edək ki, Hayfa klubu mübarizəyə II təsnifat mərhələsində səfərdə başlayacaq.
İdman24.az