"Real Madrid" klubunun prezidenti Florento Perez klubdakı son hadisələr haqda məlumat verib.
İdman24.az xəbər verir ki, Perez keçmiş məşqçisi Joze Mourinyo haqqında ilginc açıqlamalar verib və Ronaldo məsələsinə də toxunub.
Perez klubun ulduzu Kriştiano Ronaldonun müqaviləsini yeniləyəcəyinə inandığını söyləyib: "Ronaldo klubun ən önəmli isimlərindən biridir. Onun karyerasına bizim klubumuzda son qoyacağına ümid edirik. Mövsüm başlamadan öncə müqavilə imzalayacayıq".
Klub prezidenti "Çelsi"nin yeni məşqçisi Joze Mourinyo haqqında "Ferrari hər zaman qalib olmur, amma hamı ona hörmət edir. Mou son mövsüm bu avtomobili istifadə edə bilmədi. "Real" futbolda bir brenddir", deyib.
İdman24.az