"Qarabağ" və "Xəzər Lənkəran" klublarının UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində, müvafiq olaraq, "Metalurq" (Makedoniya) və "Slima Uonderers" (Malta) komandaları ilə keçirəcəyi qarşılaşmaların tarixi dəyişdirilib. "Metalurq" (Makedoniya) - "Qarabağ" və "Slima Uonderers" (Malta) - "Xəzər Lənkəran" oyunları iyulun 2-də keçiriləcək. Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub.
İdman24.az