Topaz Premyer Liqasının XXVII turunun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən üçüncü dövrənin yekun turunun ən yaxşı "11-liy"i müəyyənləşib.
Rəmzi komandada "İnter" üstünlüyü var. "Qəbələ"ni 4:1 hesabı ilə yenən "bankirlər"in 4 futbolçusu ən yaxşılar arasına düşüb. "Qarabağ"ın 3, "Neftçi"nin 2, AZAL və "Qəbələ"nin 1 üzvü seçilib.
Qapıçı: Cahangir Həsənzadə (AZAL).
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Admir Teli (Qarabağ), İvan Benites (İnter), Maksim Medvedev (Qarabağ).
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Vaqif Cavadov (İnter), Derlis Meza Kolli (İnter), Araz Abdullayev (Neftçi).
Hücumçular: Viktor Mendi (Qəbələ), Başana Tsxadadze (İnter).
Fanat.az