16:34 27.03.2014 805

"Böyük oyun"u kim idarə etsin: media Ağayevə inanır, bəs HK?

Şənbə günü Azərbaycan çempionatının bəzəyi hesab olunan "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması baş tutacaq. Düzdü, budəfəki qarşılaşma gərginliyinə və əhəmiyyətinə görə digərlərindən fərqlənir. Çünki "Xəzər Lənkəran" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və çempionluq, həmçinin medallar uğrunda mübarizədən kənarda qalıb. Mustafa Dənizli və komandası da artıq bütün diqqətini kuboka yönəldərək, çempionatı ikinci plana atıb. Lider "Qarabağ"dan 10 xal geri qalan "Neftçi" isə mövsümü medalla başa vurmaq istəyir.


Bütün bunlara baxmarayaq, əzəli rəqiblərin qarşılaşması ən azı azarkeşlər üçün əvvəlki əhəmiyyətini qoruyub-saxlaya bilib. Həm "Neftçi", həm də "Xəzər Lənkəran" fanatları üçün əzəli rəqib üzərindəki qələbə böyük əhəmiyyət daşıyır, hətta bu matça ölüm-qalım məsələsi kimi baxırlar.


Bir sözlə, "Böyük oyun" əvvəlki əzəmətini itirməsinə rəğmən, yenə də çempionatın ən maraqlı qarşılaşmalarından biri olaraq qalır. Bəs bu matçı hansı hakim idarə etməlidi? Əzəli rəqiblərin bundan əvvəlki az qala hər oyununda tərəflərdən ən azı biri hakimlikdən narazı qalıb. Bu dəfə belə narazılıqlardan sığortalanmaq üçün qarşılaşmaya hansı referi təyin olunmalıdı? Həmkarlarımıza müraciət edib "Böyük oyun"u kim idarə etsin" sualına cavab almağa çalışdıq.


Elçin Cəlilov (Futbolpress.az): "Böyük oyun"u Əliyar Ağayev idarə etsin. Çünki demək olar hər yanda - bütün media vasitələrində hakimlərdən mənasız fitlərlə tempi öldürməmək tələb olunsa da, dəyişən heç nə yoxdu. Buna bir az əməl edən yeganə hakim Əliyar Ağayevdi".


Natiq Muxtarlı ("Komanda" qezetinin və publika.az saytının əməkdaşı): "Böyük oyun"u kim idarə etsə və səhvə yol versə, söz-söhbət olacaq. Əliyar Ağayev idarə etsə, "Neftçi"nin əleyhinə qərar versə, deyəcəklər "Qarabağ"ın hakimi olduğu üçün belə etdi. Fariz Yusifovun üstündə "Neftçi"nin hakimi" damğası var, o da olmaz. Rəhim Həsənova "Neftçi" tərəfindən "ölüm hökmü" kəsilib, onu oda atmaq olmaz. Rauf Cabbarov hakim deyil, ona belə oyun tapşırmaq olmaz. Mən məsləhət görərdim ki, "Böyük oyun"u Ramin Musayev, Xaqani Məmmədov, Gülağa Cabbarov üçlüyü idarə etsin. AFFA nümayəndəsi də olsun Elxan Məmmədov. Zarafata salıb, oyunu yola verəcəklər, hamı da razı qalacaq. Yoxsa hansı hakimə tapşırsalar, o həm oyunun içinə, həm də tumanına batıracaq. Sonradan tənqid hədəfi də AFFA, PFL rəsmilər olacaq. Bu, onlara lazımdı? "Böyük oyun"un baş hakimi Ramin Musayev olmalıdı".


Elşən Məmmədov (Lent.az): "Sualla bağlı əvvəla onu deyim ki, mən "Neftçi" - "Xəzər Lənkəran" matçını "Böyük oyun" saymıram. Sadəcə, son illərin ən prinsipial rəqiblərinin görüşü adlandırardım. Bu komandalar arasındakı oyunlarda azarkeşlər və hakimlik daim müzakirə mövzusu olub. Azarkeş məsələsi bu mövsümün ikinci dövrəsindən qonaqa komanda tərəfdarlarının stadiona girişinə qadağa qoymaqla həll edilib. Hakimlikdən isə hətta "Real Madrid" - "Barselona" matçındakından da çox danışılır. Əvvəllər daha çox "Xəzər Lənkəran" cəbhəsi hakimlikdən narazı qalırdı. Bu mövsümdən isə estafeti "Neftçi" ələ alıb. Ona görə də söz-söhbətdən uzaq, hər iki klubun münasib saydığı referinin adını demək böyük problemə çevrilib. Məncə, bu oyunu təcrübəli referi idarə etməlidi. Hazırda belə hakimlər qismində Əliyar Ağayev, Rəhim Həsənov, Vüsal Əliyev və Fariz Yusifovun adlarını çəkmək olar. Amma Həsənov və Əliyev "Neftçi"ni, Yusifov isə "Xəzər Lənkəran"ı qane etmir. Ona görə də Ağayevin baş hakim təyin olunması daha məqsədəuyğun olardı".


Amal Abuşov ("Futbol+" qəzeti): "Böyük oyun"larda Fariz Yusifovla Vüsal Əliyevin növbəlilik prinsipi əsasında idarəçilik etdiyi vaxtlar artıq keçmişdə qalıb. Yusifov Lənkərən klubunun rəhbərliyi tərəfindən arzu olunmur. Vüsal Əliyev isə "Qarabağ"la son qarşılaşmadan sonra "Neftçi"nin düşməninə çevrilib. Onsuz da yavaş-yavaş bu iki təcrübəli hakim mövqelərini gənclərə təhvil verməkdədilər. Məlum səbəblərdən bu qarşılaşmaya Rəhim Həsənovun da təyinat almayacağını bilirik. Şəxsən mən istərdim ki, "Böyük oyun"da Ömər Paşayev ədaləti qorusun. Gənc olsa da, yaxşı fiziki göstəricələri var, son vaxtlar xeyli "artırıb". Amma güman edirəm ki, başbilənlər Orxan Məmmədovla Əliyar Ağayev arasında seçim edəcəklər. Orxanın Bakıdakı "Böyük oyun"da "Neftçi"nin xeyrinə ciddi səhvləri olmuşdu. Belədə yeganə namizəd kimi Əliyar Ağayev qalır. Kifayət qədər qətiyyətli olması, artıq belə gərgin oyunlarda xeyli təcrübə qazanması Əliyarın xeyrinə olan məqamlardı".


Vüsal Mahmudov (Futbolinfo.az): "Xaqani Məmmədov bilən məsləhətdi. Məncə, bu oyunu kimin idarə etməsinin heç bir fərqi yoxdu. Klubların iddialarının fərqli olduğunu, aralarında həmin rəqabətdən əsər-əlamət qalmadığını nəzərə alsaq, çox hakim bu oyunun öhdəsindən gələr. Təbii ki, klublar da özünü peşəkarcasına aparsa...".


Rəşad Ergün ("Komanda" qəzeti): "Azərbaycanda hakimlər "bölünüb". Bir qismi "Neftçi"nin, bir qismi "Xəzər Lənkəran"ın, "Qarabağ"ın hakimləri hesab olunur. "Böyük oyun"a "Neftçi"nin və "Xəzər Lənkəran"ın "hakimi olmayan"ı təyin etmək lazımdı. Məncə, indiki durumda Əliyar Ağayev daha münasibdi. Onun adı bu iki klubdan daha çox başqa klubla yanaşı çəkilir ki, bir növ neytral sayıla bilər. Bilirəm, bir az qəribə görünəcək fikirlərim. Amma bütün bu fikirlərin formalaşmasına səbəb nə mən deyiləm, nə də siz. "Xəzər Lənkəran" rəhbərliyi məndən Fariz Yusifovu onların oyununa göndərməməyi xahiş edib" açıqlamasını verən Ramin Musayev, Hakimlər Komitəsi, AFFA rəhbərliyidi günahkar".


Kənan Məstəliyev (Rekord.az): "Bu oyunu Əliyar Ağayevdən başqa birisinə tapşırmaq hazırkı vaxtda o qədər də yaxşı variant deyil. Bu referi gənc olmasına baxmayaraq, yetərincə təcrübə toplaya bilib. Ona mümkün olduğu qədər çox şans vermək lazımdı. Əvvəla ona görə ki, adına hələ ki çox "söz çıxmayıb". Üstəlik, artıq qocalardan qurtulmaq vaxtımız gəlib. Vüsal Əliyev, Fariz Yusifov kimi hakimlərin dövrü arxada qalıb. Onlardansa, Əliyar kimilərin şans verməliyik".


Saleh Arslan (Korner.az): "Azərbaycanda "Böyük oyun"un öhdəsindən gələ biləcək 3 hakim var: Fariz Yusifov, Vüsal Əliyev və Əliyar Ağayev. Farizi ötən tur I diviziona "sürgün" edən Xaqani Məmmədov yəqin ki, bu oyunda ona şans verməz. Əliyar da ötən tur "Xəzər Lənkəran"ın oyununa təyinat almışdı. İnanmıram ki, bu tur da onu təyin etsinlər. Bu şərtlər altında ən yaxşı variant Vüsaldı. Amma Xaqani Məmmədovun işindən fələk də baş açmaz. Bir də gördün, Orxanı, yaxud Rəhimi  təyin elədi".


Ruslan Mikayıllı (azerisport.az): "Məncə bu oyunu Əliyar Ağayev idarə etməlidi. Bu hakim son zamanlar mərkəzi oyunları idarə edib və onun işi haqqında o qədər də çox suallar yaranmayıb. Bir tərəfdən də bu dəfəki "Böyük oyun" o qədər də böyük deyil və istənilən əsas hakimlərdən birinə tapşırıla bilər. Süni ajiotaj olmasa, məncə hakimlərimiz bu işin öhdəsindən gələ bilər".


Rüstəm Piriyev (extratime.az): "Fikrimcə, "Böyük oyun" üçün ən real namizəd Əliyar Ağayev olardı. Bu hakim cari mövsümdə özünü yaxşı tərəfdən göstərib və ciddi, çətin oyunlara hazır olduğunu sübut edib. Məncə, Əliyar Ağayev "Böyük oyun"un öhdəsindən gəlməyə hazırdı. Alternativ namizəd kimi Fariz Yusifovu görürəm, amma onun təyin olunacağına inanmıram. Çünki "Xəzər Lənkəran" tərəfi açıq-aşkar onun öz oyunlarına təyinat almasına qarşıdı. Tək istəyim odu ki, bu oyuna Rəhim Həsənov təyinat almasın. Çünki o, yenə də qalmaqala səbəb ola bilər. Onun futbolçular qarşısında kifayət qədər nüfuza sahib olmaması ümumi ab-havaya və oyunun gedişatına təsir edər. Bundan əlavə, son "Böyük oyun"dan sonra "Neftçi" tərəfi Rəhimin təyinatına qarşı çıxar. Təəssüf ki, Azərbaycan klublarının hakimləri seçilib, ona-buna qarşı çıxmaları artıq dəb halını alıb. Bunu nəzərə alaraq, Fariz Yusifovun və Rəhim Həsənovun bu matça təyinat alacağına inanmıram". 


Şahin Oğuz (sportal.az): "Məncə, "Böyük oyun"u Əlyar Ağayev idarə etməlidi. FIFA referisi son oyunlarda qətiyyətli qərarları ilə diqqəti çəkib".


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X