Bu gün Topaz Premyer Liqasında XXVIII tura srart verilib. Fanat.az xəbər verir ki, üç gün ərzində baş tutacaq turun ilk oyun günündə bir qarşılaşma keçirilib.
Günün yeganə matçında "Sumqayıt" AZAL-I qəbul edib. Bu oyun nə komandalar, nə də azarkeşlər üşün heç bir əhəmiyyət daşımırdı. AFFA İcraiyyə Komitəsinin qərarından sonra eltanı heç bir komandanın tərk etməyəcəyi məlum oldu. İndi turnir cədvəlinin sonuncu pilləsində olan “Sumqayıt” da bilir ki, onu heç bir təhlükə gözləmir. Elə AZAL da eyni durumdadı. Medallara iddiasını çoxdan itirən “təyyarəçilər” meydana baş girləmək üçün çıxır. Bu qarşılaşma yalnız AZAL-ın yeni baş məşqçisi Tərlan Əhmədov üçün əhəmiyyətli ola bilərdi. Belə ki, Əhmədov yeni komandasının sükanı arxasında ilk qələbəsini qazanmaq istəyirdi.
Lakin Tərlan bəyin bu istəyi baş tutmayıb. Düzdü, hesabı 7-ci dəqiqədə AZAL açıb. Rəqib qapısına komandanın qış transferi Laşa Kasradze yol tapıb. 21-ci dəqiqədə Məhəmməd Qurbanov bərabərliyi təmin edib. 45-ci dəqiqədə Con Oluremi penaltini boşa verərək, AZAL-ı yenidən hesabda önə keçirə bilməyib. 55-ci dəqiqədə isə "Xəzər Lənkəran"dan icarəyə götürülən Uğur Pamuk "Sumqayıt"ın qələbə qoluna imza atıb.
Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək. "Bakı" "Simurq"u, "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edəcək. Bazar günü baş tutacaq son iki qarşılaşmada isə "Rəvan" "İnter"in, "Qəbələ" "Qarabağ"ın qonağı olacaq.
Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXVIII tur
28 mart
Sumqayıt - AZAL 2:1
Qollar: Məhəmməd Qurbanov, 21. Uğur Pamuk, 55 - Laşa Kasradze, 6.
Sumqayıt: 1. Andrey Popoviç, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (
18. Aleksandr Çertoqanov, 81), 14. Məhəmməd Qurbanov (
11. Ruslan Nəsirli, 85), 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (
2. Şəhriyar Xəlilov, 90+3), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 3. Vurğun Hüseynov, 8. Aqşin Muxtaroğlu, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Aylton, 7. Cavid Tağıyev, 9. Orxan Həsənov (
27. Rəşad Abdullayev, 46), 10. Con Oluremi (
22. Axtam Xamroqulov, 67), 17. Viktor İbekoyi, 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 26. Kərim Diniyev, 8. Qərib İbrahimov, 28. Emin Cəfərqluliyev, 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Tərlan Əhmədov.
İstifadə olunmamış penalti: Con Oluremi, 45.
Sarı vərəqələr: Adil İbrahimov, 27 (qeyri-idman hərəkəti). Bəxtiyar Həsənalızadə, 45 (qeyri-idman hərəkəti). Andrey Popoviç, 89. Aleksandr Çertoqanov, 90+3 (qeyri-idman hərəkəti) - Cavid Tağıyev, 20 (qeyri-idman hərəkəti). Branislav Arsenyeviç, 44 (hakimin qərarına etiraz).
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 900 tamaşaçı.
1 | Qarabağ | 27 | 17 | 7 | 3 | 50-14 | 58 |
2 | Neftçi | 27 | 14 | 6 | 7 | 40-33 | 48 |
3 | İnter | 27 | 13 | 6 | 8 | 41-31 | 45 |
4 | Bakı | 27 | 13 | 6 | 8 | 43-29 | 45 |
5 | Qəbələ | 27 | 13 | 5 | 9 | 37-28 | 44 |
6 | Simurq | 27 | 10 | 9 | 8 | 30-20 | 39 |
7 | Xəzər L | 27 | 8 | 10 | 9 | 28-38 | 34 |
8 | AZAL | 28 | 6 | 8 | 14 | 27-42 | 26 |
9 | Rəvan | 27 | 3 | 8 | 16 | 15-46 | 17 |
10 | Sumqayıt | 28 | 3 | 7 | 18 | 18-48 | 16 |
Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq) - 8.
Fanat.az