Bu gün Topaz Premyer Liqasında XXVIII turun oyunları davam etdiriləcək. Fanat.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günə Bakıda start verilib. Paytaxtın eyniadlı təmsilçisi "Simurq"u qəbul edib. Hesabı 13-cü dəqiqədə meydan sahiblərindən Namiq Ələsgərov açıb. 9 dəqiqə sonra topu öz qapısına göndərən İdan Vaytsman "Bakı"nı sevindirib - 2:0. İlk yarının əlavə vaxtında meydan sahiblərinin gənc oyunçusu Vüqar Mustafayev rəqibini söydüyünə görə meydandan qovulub. 81-ci dəqiqədə isə Draqan Çeran "Simurq"un təsəlli qoluna imza atıb - 2:1.
Qeyd edək ki, bu günün ikinci oyununda "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edib - 1:0. Tura dünən keçirilən "Sumqayıt" - AZAL oyunu ilə start verilib - 2:1. Daha iki qarşılaşma isə sabah baş tutacaq. "Qarabağ" "Qəbələ"ni, "İnter" "Rəvan"ı qəbul edəcək.
Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXVIII tur
29 mart
Bakı - Simurq 2:1
Qollar: Namiq Ələsgərov, 13. İdan Vaytsman, 22 (avtoqol) - Draqan Çeran, 81.
Bakı: 1. Aqil Məmmədov, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares (34. Şəhriyar Əliyev, 83), 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (k) (20. Tural Qürbətov, 28), 17. Risto Ristoviç (15. Alberto Noquera, 46), 12. Etto, 22. Namiq Ələsgərov, 23. Mario Lukas Horvat, 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 7. Əfran İsmayılov, 10. Aleksandar Soliç, 21. Elvin Məmmədov.
Baş məşqçi: Milinko Pantiç.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k) (6. Taqim Novruzov, 86), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov (21. Murad Səttarlı, 46), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin (22. Salif Ballo, 43), 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 17. Rüstəm Məmmədov, 55. İlqar Hüseynov.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqələr: Etto, 50 (qeyri-idman hərəkəti). Mario Alvares, 66 (qeyri-idman hərəkəti) - Tural Axundov, 18 (qeyri-idman hərəkəti). Stepan Polyak, 39 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Vüqar Mustafayev, 45+1 (rəqibi təhqir etdiyi üçün).
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
1 | Qarabağ | 27 | 17 | 7 | 3 | 50-14 | 58 |
2 | Neftçi | 28 | 15 | 6 | 7 | 41-33 | 51 |
3 | Bakı | 28 | 14 | 6 | 8 | 45-30 | 48 |
4 | İnter | 27 | 13 | 6 | 8 | 41-31 | 45 |
5 | Qəbələ | 27 | 13 | 5 | 9 | 37-28 | 44 |
6 | Simurq | 28 | 10 | 9 | 9 | 31-22 | 39 |
7 | Xəzər L | 28 | 8 | 10 | 10 | 28-39 | 34 |
8 | AZAL | 27 | 6 | 8 | 13 | 26-40 | 26 |
9 | Rəvan | 27 | 3 | 8 | 16 | 15-46 | 17 |
10 | Sumqayıt | 27 | 2 | 7 | 18 | 16-47 | 13 |
Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 9. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.
Fanat.az