"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün hazırlığa start verib. Komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında dünən Sumqayıt İdman Mərkəzində ilk məşqinə çıxıb. Yeni transferlər - Zaur Həşimov və Saşa Yunisoğlu da hazırlıq prosesində iştirak edib. Bərpa prosesi keçən Vurğun Hüseynov isə 3 gündən sonra məşqlərə başlayacaq. Vüqar Əsgərov da artıq komanda ilə birlikdədir. O, bu gün kollektivə qoşulacaq. Yenilərdən Budaq Nəsirov və Anar Nəzirov isə milli komandaların heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qoşulacaq.
Qeyd edək ki, "Sumqayıt" iyulun 6-da AZAL-la yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.
İdman24.az