Avropanın bir nömrəli klub turniri Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir. Fanat.az xəbər verir ki, sabah axşam keçiriləcək iki oyunla mərhələ başlayacaq.
Qarşılaşmaldardan birində La Liqanın liderləri - "Atletiko" və "Barselona", digərində Çempionlar Liqasının son qalibi "Bavariya" və İngiltərə nəhəngi "Mançester Yunayted" qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23.45-də start götürəcək.
La Liqanın lidərləri bu dəfə Avropada
La Liqada çempionluq mübarizəsini bütün həyacanı ilə davam etdirən "Barselona" və "Atletiko" ilk matça "Nou Kamp"da çıxacaq. Qarşılaşmanı alman FIFA referisi Feliks Brix idarə edəcək.
"Barselona" Çempionlar Liqasında ardıcıl 7-ci dəfə yarımfinala çıxmaq üçün La Liqanı liderini ev matçında yenmək və səfər oyunu öncəsi üstünlük əldə etmək istəyir. Bu mövsüm Çempionlar Liqasında yenilməyən "Atletiko" isə Kataloniya klubunu yenərək 1/4 finala çıxmaqla 1996/97 mövsümündə qazandığı uğuru bir addım önə çəkərək yarımfinala çıxman niyyətindədi.
Bu komandalar arasında bu günədək "Nou Kamp"da baş tutan 105 matçda "Barselona" 60, "Atletiko" 19 qələbə qazanıb, 26 dəfə isə qalib müəyyənləşməyib. Madrid klubu Kataloniyada son qələbəsini 2006-cı ildəki La Liqa qarşılaşmasında qazanıb - 3:1.
Komandalar mövsümün əvvəlində İspaniya Superkuboku uğrunda qarşılaşıb. İki oyundan ibarət dueldə "Barselona" səfər qolu (1:1, 0:0) sayəsinədə kuboka sahib çıxıb. La Liqanın ilk dövrəsinin Madriddə baş tutan oyununda isə 0:0 hesabı qeydə alınıb.
"Barsa"nın silahı Messi
"Barselona"nın bu matçdakı əsas silahı Lionel Messidi. Argentinalı indiyədək "Atletiko"ya qarşı 19 oyun keçirib və üçü het-trik olmaqla 20 qola imza atıb. La Liqanın XXX turunun "Selta" matçında zədələnərək meydana çıxmayan Viktor Valdes bu görüşdə kataloniyalıların qapısına qorumayacaq. Eyni zamanda zədəsi tam sağalmayan Karles Puyolun da oynamaması gözlənilir.
Zədəli futbolçunun oynamadağı "Atletiko"da isə yalnız Raul Qarsiya forma geyinməyəcək. Buna səbəb futbolçunun cəzalı olmasıdı.
"Alman tankı" "şeytan"a qarşı
Çempionlar Liqasının son qalibi Premyer Liqada uğursuz mövsüm keçirən İngiltərənin son çempionu "Mançester Yunayted"i qəbul edəcək. "Old Trafford"da baş tutacaq qarşılaşmanı ispan FIFA referisi Karlos Velasko Karballo idarə edəcək.
1/8 finalda digər ingilis klubu "Arsenal"ı mübarizədən kənarlaşdıran "Bavariya" David Moyesin rəhbərliyi altında son illərin ən pis performansını sərgiləyən "Mançester Yunayted"lə səfər oyununda sərfəli nəticə qazanmaq və cavab matçına rahat çıxmaq istəyir. Premyer Liqada çempionluq mübarizəsindən həftələr öncə qopan, Liqa Kuboku və Federasiya Kubokunda çıxışını erkən başa vuran "qırmızı şeytanlar"ın tək ümidi Çempionlar Liqasıdı. David Moyesin komandası evdə istənilən nəticəyə imza atmaqla səfərə üstün yollanmağa çalışacaq.
"Old Trafford"da iki komanda arasında oynanılan 4 matçda tərəflər hərəyə 1 qələbə qazanıb, 25 matçda qalib müəyyənləşməyib. Son olaraq "Mançester Yunayted"lə "Bavariya" 2009/10 mövsümündə Çempionlar Liqasının 1/4 finalında üz-üzə gəlib. Həmin qarşılaşmalarda alman klubu gülən tərəf olub. İngiltərədə 2:3 hesabı ilə yenilən Münhen klubu evdə 2:1 hesablı qələbə qazanaraq səfər qolu sayəsində mərhələ keçib.
"Mançester Yunayted"lə "Bavariya" 1999-cu ildə Çempionlar Liqasının finalında qarşılaşıb. Barselonada baş tutan matçda "qırmızı şeytanlar" rəqibini Teddi Şerinqam və Ole Qunnar Solskyaerin qolları ilə məğlub edərək, kuboka sahib çıxmışdı - 2:1. Həmin heyətdən indi İngiltərə klubunda yalnız Rayan Giqqz qalıb. Bu matçda ehtiyada qalmış Pil Nevill isə hazırda David Moyesin köməkçilərindən biridi.
"Şeytan"ın van Persi dərdi
"Bavariya" ilə oyunda "Mançester Yunayted"in ən böyük problemi Robin van Persidi. 1/8 finalın "Olimpiakos"la cavab matçında (3:0) het-trik edən holland ulduz zədə səbəbindən almanlara qarşı oyunda meydanda olmayacaq. İngiltərə klubunun fransız sol cinah oyunçusu Patrik Evra isə cəza səbəbindən kənarda qalacaq.
Bundesliqanın XXVII turunda "Herta"nı udub (3:1) çempionluğunu elan edən, ardınca isə "Hoffenhaym"la evdə sülh bağlayan (3:3) "Bavariya"da Tyaqo Alkantara zədəlidi. Müdafiəçi Dante isə cəza üzündən oyunu buraxmalı olacaq.
Qeyd edək ki, aprelin 2-də Çempionlar Liqasının 1/4 final mərhələsinin digər iki matçı keçiriləcək. Bu oyunlarda PSJ "Çelsi"ni, "Real" "Borussiya"nı (Dortmund) qəbul edəcək.
Çempionlar Liqası
2013/14 mövsümü
1/4 final (ilk oyunlar)
1 aprel23.45
Barselona (İspaniya) - Atletiko (İspaniya)
Barselona (gözlənilən heyət): Jose Manuel Pinto, Daniel Alveş, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, Xavi Hernandes, Serxio Buskets, Kesk Fabreqas, Pedro Rodriges, Lionel Messi, Neymar.
Atletiko (gözlənilən heyət): Tibaut Kourtois, Xuanfran, Miranda, Dieqo Qodin, Filipe, Jose Sosa, Qabi Fernandes, Mario Suares, Koke, Arda Turan, Dieqo Kosta.
Baş hakim: Feliks Brix (Almaniya).
Barselona. "Nou Kamp" stadionu.
Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya)
Mançester Yunayted (gözlənilən heyət): David De Gea, Rafael, Nemanya Vidiç, Pil Yones, Aleksander Buettner, Darren Fletçer, Eşli Yonq, Xuan Mata, Marouane Fellaini, Şinji Kaqava, Ueyn Runi.
Bavariya (gözlənilən heyət): Manuel Neuer, Rafinya, Jerome Boatenq, David Alaba, Filip Lam, Aryen Robben, Bastian Şvaynştayger, Toni Kroos, Mario Götze, Frank Riberi, Tomas Müller.
Baş hakim: Karlos Velasko Karballo (İspaniya).
Mançester. "Old Trafford" stadionu.
Fanat.az