Lənkərandakı son “Böyük oyun”da azarkeşlərə orta barmağını göstərdiyinə görə 3 oyunluq diskvalifikasiya edilən Mahir Şükürovun hərəkətini “Bakcell Arena”da təkrarlayan qapıçı Orxan Sadıqlının cəzasız qalmayacağı da dəqiqdi. Fanat.az xəbər verir ki, adətən çərşənbə axşamları bir araya gəlib olaylara hüququ qiymət verən İntizam Komitəsi sabah - gülüş günündə iş başında olacaq.
Sual yaranır: görəsən 1 əlinin orta barmağını göstərdiyinə görə 3 oyun yaşıl meydanlara həsrət qalan Mahirdən fərqli hər iki əlindən faydalanan “Xəzər Lənkəran”lı həmkarına neçə matçlıq diskvalifikasiya düşəcək?
Fanat.az