UEFA Kubokunun "Dördlər finalı"na hazırlaşan "Araz" daha bir futzalçı transfer edir. Fanat.az xəbər verir ki, Naxçıvan klubu heyətini Kolumbiya yığmasının oyunçusu Ancelo Karo ilə gücləndirəcək. 26 yaşlı hücumçu yaxın günlərdə komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Araz" bundan əvvəl italiyalı Adriano Folya və sloveniyalı Kristian Çujeçin keçidinin həll edib. Transferlərdən ən tanınmışı olan 33 yaşlı Folya əslən braziliyalıdı. Amma futzalçı İtaliya yığması üçün milliləşdirilib. Bu ölkənin yığmasında Avropa çempionatının qızıl (2003), gümüş (2007) və bürünc (2005) medalını qazanıb. Onun hesabında dünya çempionatının iki medalı - 2004-cü ilin gümüş, 2008-ci ilin bürüncü də var. Onun son klubu “Peskara” olub.
Fanat.az