"Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Skenderbeu" klubunun prezidenti Ardian Takaj püşkün nəticəsini dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, klub prezidenti komandasının "Neftçi" ilə üzləşməsindən razı qaldığını bildirib:
"Püşkün nəticəsindən razı qaldım. Hər halda "Seltik" (Şotlandiya) və "Stayua" (Rumıniya) ilə müqayisədə "Neftçi" bizə daha uyğun rəqib idi. Ancaq rəqibi yaxşı analiz etməliyik".
Qeyd edək ki, "Neftçi" və "Skenderbeu" komandaları arasında ilk görüş 16-17 iyul aralığında Bakıda, cavab görüşü isə 23-24 iyul tarixlərində Makedoniyada keçiriləcək.
İdman24.az