Karyerasını bitirmək istəməyən 55 yaşlı yapon hücumçu Kazuyoşi Miura legioner həyatı yaşayacaq.
Fanat.Az "Nikkan Sport"a istinadən xəbər verir ki, dünyanın ən yaşlı peşəkar futbolçusu olan Miura Portuqaliya klubu ilə anlaşıb.
Yaponiyanın ikinci divizion klubu "Yokohama"ya məxsus olan, ancaq hazırda dördüncü divizion təmsilçisi "Suzuki"də icarə əsasında çıxış edən forvard Portuqaliya "Oliveyrense"sində çıxış edəcək. İkinci divizionda yarışan sözügedən komanda hazırda 14-cü yerdə qərarlaşıb.
Miuranın Portuqaliyaya üz tutması təsadüfi deyil. Belə ki, "Oliveyrense"nin səhmlərinin 52,5 faizi "Yokohama" klubunun sahibinə məxsusdur.
Qocalmaq bilməyən hücumçu 60 yaşına qədər oynamaq istədiyini təsdiqləyib. Yapon ulduz karyerası ərzində Braziliya ("Yuventus", "Santos", "Koritiba"), Yaponiya ("Verdi", "Kavasaki", "Vissel", "Kyoto", "Yokohama"), İtaliya ("Cenoa", Xorvatiya ("Dinamo Zaqreb") və Avstraliya (Sidney") klublarında çıxış edib. O, 1990-cı ildə milli komandaya çağırılıb və 89 oyunda 55 qol vurub.
Mirağa