"Barselona"nın idman direktoru Yordi Kroyf Niderland millisinin hücumçusu Memfis Depayın bu qış satılıb-satılmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb:
"Depayı niyə satmalıyıq ki? O, həmişə əla peşəkar olub. Komandaya fayda verə bilər. İyunda azad agent statusu daşıyacaq? Bu barədə qarşıdakı ayldarda düşünəcəyik".
Nihat