Hazırda xəstəxanada müalicə alan əfsanəvi braziliyalı Pele Fransa millisinin hücumçusu Kilian Mbappeyə dəstək mesajı yazıb.
Fanat.Az xəbər verir ki, o, Mbappenin "Kral üçün dua edin" tvitinə cavab verib.
Pele fransalı gənc ulduza belə cavab verib: "Təşəkkür edirəm. Bu çempionatda mənim daha bir rekordumu qırmağını görməkdən şad olaram, dostum".
Xatırladaq ki, Mbappe dünya çempionatları tarixinə 24 yaşa qədər 9 qol vuran ilk futbolçu kimi düşüb. Halbuki bundan əvvəl rekord hesabında 7 top olan Peleyə məxsus idi.
Mirağa