Əfsanəvi braziliyalı futbolçu Kaka İngiltərənin "beIN Sports" televiziyasında DÇ-2022 ilə bağlı qonaq olduğu verilişdə maraqlı açıqlamaları ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, o, Neymar və fenomen adlandırılan Ronaldonun Braziliyada sevilmədiyini deyib:
"Bunu söyləmək qəribədir, lakin bir çox braziliyalı milli komandasını dəstəkləmir. Hazırda Braziliyada bir çox insan Neymar haqqında danışır, amma mənfi mənada. Bu onun siyasi baxışlarına görədir? Bəlkə də siyasətə görədir. Amma bəzən biz braziliyalılar öz istedadlarımızı tanımırıq. İngiltərədə Ronaldo ilə qarşılaşsanız, "vay" deyə heyrətlənəcəksiz. Amma Braziliyada vəziyyət başqadır. Bizim ölkədə Ronaldo sadəcə küçədə gəzən kök bir adamdır. "Əlbəttə, bir çox braziliyalı fenomeni sevir, o cümlədən də mən. Amma Braziliyada və xaricdə ona baxış tərzi fərqlidir. Ölkədən kənarda ona daha çox hörmət görürəm".
Qeyd edək ki, Braziliya millisi Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün Xorvatiya ilə qarşılaşacaq.
Mirağa