Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Еurosport.co.uk": PSJ ulduz futbolçusu Lionel Messi ilə müqaviləni yeniləməyə hazırlaşır. Bu barədə Fransa klubunun prezidenti Nasser Əl-Xəlaifi məlumat verib:
"O, xoşbəxtdir. Milli komandada çıxışından da bunu görmək mümkündür. Əgər futbolçu narazıdırsa, bu, onun beynəlxalq səviyyəli oyunlarına da təsir edir. Messi parlaq mövsüm keçirir. Həm klub, həm milli üçün çoxlu qollar vurub, məhsuldar ötürmələr edib. Dünya çempionatından sonra birliktə oturub gələcəyini danışmağa razılaşdıq. Klub tərəfi də, futbolçu da çox xoşbəxtdir. Hər şeyi mundialdan sonra müzakirə edəcəyik".
Qeyd edək ki, argentinalı ulduzun PSJ ilə müqaviləsi gələn ilin iyun ayında başa çatır.
"Sky Sport": "Roma" müdafiəçisi Kris Smollinqə yeni sözləşmə təklifindən vaz keçib. "Canavarlar" oktyabrda futbolçuya 2 illik müqavilə və ilinə 3,5 milyon avro təklif etmişdilər. Lakin bu şərtlər Krisi qane etməmişdi. Ancaq "Roma" tərəfi bundan daha yaxşı sözləşmə təklif etmək fikrində deyil.
33 yaşlı ingiltərəli futbolçunun cari müqaviləsi mövsümün sonunda başa çatır. Smollinq isə hələ "Roma"dan qalıb-qalmamağa qərar verməyib. Onun xidmətində "İnter" və "Yuventus" kimi klublar maraqlıdır.
"Readfootball": PSJ tərəfi İngiltərə millisinin və "Mançester Yunayted"in üzvü Markus Reşforda olan marağını təsdiqləyib. Bu barədə klubun prezidenti Nasser Əl-Xelaifi danışıb:
"O, yüksək səviyyəli oyunçudur. Hər klub Reşfordu pulsuz almaq istəyər. Bizim də elə fikrimiz var. Bunu əvvəllər də demişdik. Ancaq hazırda bu transfer hər iki tərəf üçün uyğun deyil. Yayda ola bilər. Əgər azad agent olsa, onda danışıqlar apara bilərik. Amma indiki vəziyyətdə bunu etməyəcəyik. Hazırda dünya çempionatına köklənib. Ondan sonra bizə maraqlı olsa, yanvarda danışıqlar aparacağıq".
Xatırladaq ki, 25 yaşlı hücumçunun "Mançester Yunayted" ilə müqaviləsi gələn yay başa çatır.
"Calciomercato": "Milan" futbolçusu Rafael Leauya şərt qoyub. Portuqaliya futbolçu ya yanvarın sonuna qədər yeni sözləşməyə imza atmalıdır, ya da qışda ən yüksək məbləği təklif edən kluba satılacaq.
Röya Kərimli