Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-dən sonra karyerasını başa vurmaq istəmir.
Fanat.Az xəbər verir ki, 71 yaşlı mütəxəssisin söylədiklərini "Voetbal İnternational" belə çatdırıb:
"Heç vaxt heç vaxt demə". Yaxşı bir nümunəmiz var: Dik Advokat. O, məndən də böyük olsa da, İraq millisini çalışdırıb. Bu yaxınlarda yeni işə düzəldi - "Den Xaaq"a baş məşqçi təyin olundu. Futbol federasiyamızdan yaxşı təklif alsam, bəlkə karyeramı bir az da davam etdirəcəm”.
Qeyd edək ki, 71 yaşlı mütəxəssisin Niderland millisi ilə müqaviləsinin müddəti ilin sonuna kimi hesablanıb.
Mirağa