DÇ-nin 1/4 final mərhələsində mübarizəni dayandırdıqdan sonra Titeni istefaya göndən Braziliya millisinə məşqçi axtarışı davam etdirir.
Fanat.Az yerli KİV-ə istinadən xəbər verir ki, Braziliya futbol ictimaiyyəti əcnəbi mütəxəssisin gətirilməsinin tərəfdarıdır.
Əsas favorit Pep Qvardiola olsa da, bu yaxınlarda "Mançester Siti" ilə müqaviləni uzadan kataloniyalı mütəxəssisın iş yerini dəyişəyəcəyi inandırıcı deyil. Əvəzində "Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti okeanın o tayına yollana bilər. Bu iddia ilə CNN-in müxbiri Bruno Andradeyə məxsusdur. İtaliyalı mütəxəssisin "Real"la müqaviləsi 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulub. Mənbənin məlumatına görə isə onun Braziliyadan gələn təklifə görə bir il əvvəl Madridi tərk edə biləcəyi güman edilir.
Bu baş versə, Ançelottinin karyerasında millinin baş məşqçisi kimi ilk təcrübə olacaq. O, "Recina", "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ, "Real Madrid", "Bayern Münhen", "Napoli" və "Everton" klubları ilə yanaşı, 1992-1995-ci illərdə İtaliya millisində köməkçi məşqçi vəzifəsində çalışıb.
Mirağa