"Liverpul" uzunmüddət hücumçusu Luis Diasin xidmətindən yararlana bilməyəcək.
Fanat.Az xəbər verir ki, oktyabr ayında zədələnən Kolumbiya millisinin üzvü dizindən əməliyyat olunub.
O, komandanın qış toplanışını buraxmalı olacaq.
"Liverpul"un baş məşqçisi Yürgen Klopp Diasın 3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib:
"Bu, bizim üçün üzücü xəbərdir. Məşq zaman uğursuzluq oldu. Əslində hər şey qaydasında idi, lakin birdən Luis özünü diskomfort hiss etdi. Ertəsi gün daha da pis oldu. Yoxlanışdan keçdikdən sonra pis xəbəri aldıq".
Röya