"Qalatasaray" heyətinə ulduz futbolçu qatmağı planlaşdırır.
Fanat.Az xəvər verir ki, İstanbul təmsilçisi "Tuluza"nın 27 yaşlı yarımmüdafiəçisi Branko van den Bomeni transfer etməyə hazırlaşır.
"Sarı-qırmızılar"ın nümayəndələri niderlandlı futbolçunu canlı izləyirlər. Həm skautlar, həm də texniki heyət tərəfindən bəyənilən yarımmüdafiəçi ilə cümə günü keçirəcəkləri yoxlama oyunundan əvvəl görüşməyi planlaşdırırlar.
Bu mövsüm Fransa I Liqasında 15 matçda meydana çıxan Bomen 1 qol vurub, 4 məhsuldar ötürmə verib. Transfer dəyəri 7 milyon avro olaraq qiymətləndirilən Brankonun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Röya