Bu gün BƏƏ-də şahmat üzrə “Dubai Police Global Chess Challenge” turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, üç kateqoriya üzrə təşkil olunacaq yarışda Azərbaycanı 7 zəka sahibi təmsil edəcək.
Ən güclülərin mübarizəsində Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321) çıxış edəcək. Ayan Allahverdiyeva (2152) ilə Kamal İsfəndiyarlı (1836) B kateqoriyasında lövhə arxasına keçəcək.
18 yaşına qədər olan şahmatçılar arasında isə Məhəmməd Kazımzadə və Elşad Yusif Əliyev iştirak edəcəklər.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 125 min dollardır. Yarışa mayın 13-də vurulacaq.