PSJ ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq Lionel Messi mövsümün sonunda Fransa klubundan ayrılmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Relovo" yayıb.
Xəbərə görə, DÇ-2022-nin gedişində Paris nəhənginin prezidenti Nasser el-Xelaifi superulduzun atası ilə görüşüb. Yazılanlara inansaq, görüş zamanı tərəflər 35 yaşlı futbolçunun PSJ-ni tərk etməyəcəyi, daha bir mövsüm bu komandanın uğurları üçün çalışacağı ilə bağlı şifahi razılığa gəlib. Mənbə Messinin PSJ forması ilə Çempionlar Liqasının qalibi olmağı hədəflədiyini, "Barselona"ya qayıtmağı uyğun variant saymadığını vurğulayıb.
Xatırladaq ki, Messi Argentina millisi ilə son dünya çempionatının qalibi olub və mundialın ən yaxşı oyunçusu seçilib.
Nihat