Futbol tarixinin ən böyük məşqçilərindən olan ser Aleks Ferqyusonı "Mançester Yunayted"də hələ bir neçə il də çalışa bilərdi.
Fanat.Az xəbər verir ki, bunu "Betfair"ə danışan Patris Evra deyib.
Fransalı veteran futbolçunun fikrincə, hər şey çox fərqli ola bilərmiş: “Yunayted”in idarə heyəti şotlandiyalıya qulaq assaydı, tarix çox fərqli ola bilərdi.
2013-cü ildə çempionatın bitməsinə iki həftə qalmış Ferqyuson yanıma gələrək mənə bunları dedi: "Patris, görürəm ki, media mənim gedəcəyimi deyir. Ancaq mənə inanın, gedişim hələ 10 il də ləngiyə bilər. Çempionlar Liqasını yenidən qazanmalıyıq və bunun üçün mənə iki oyunçu lazımdır: "Real"da olan Kriştianu Ronaldu və Qaret Beyl". Ona təxminən 200 milyon funt-sterlinq lazım idi, lakin "Yunayted"in idarə heyəti razı olmadı".
Aleks Ferqyuson MY-də 27 il çalışıb və 13 liqa, iki Çempionlar Liqası və doqquz ölkə kuboku qazanıb. Ser Aleks 2013-cü ildə təqaüdə çıxıb.
Murağa