Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun idman direktoru Marselo Salazar Kriştianu Ronaldunun transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Record" klub funksionerinin dediklərini belə çatdırıb:
“Mən hələ "hə" və ya "yox" deyə bilmirəm. Gəlin gözləyək, görək ilin sonuna qədər ölkədə və dünya futbolunda hadisələr necə inkişaf edəcək. Onu deyə bilərəm ki, Kriştianu Ronaldu futbol tarixinin ən yaxşılarından biridir. O, bir idmançı kimi və qalib iradəsinə görə mənə həmişə örnək olub. Bundan başqa, Portuqaliya vətəndaşı olaraq onu həmişə dəstəkləmişəm. Doğru zamanı gözləyirik".
Mirağa