"Çelsi" "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiolanın keçidini həll etməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, londonlular xorvat futbolçu üçün 95 milyon avro təklif etməyə hazırdır. Bu, “Mançester Siti”nin verdiyindən (100 milyon avro) azdır, lakin danışıqlarda favorit “Çelsi” sayılır. Belə ki, "Leyptsiq" London klubu ilə uğurlu sövdələşmələrə malikdir. Kristofer Nkunku da bu yay "Çelsi"yə keçəcək. Bundan əvvəl isə "Leyptsiq" Timo Verneri "mavilər"ə satmışdı. Ancaq o, artıq öküzlərin düşərgəsinə qayıdıb.
Mirağa