"Onu müəyyən mənada, dahi adlandıra bilərəm, çünki Xosep Quardiola futbolu dəyişib".
Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, bunu "Mançester Siti"nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bröyne deyib.
"Şəhərlilər"in pleymeykeri fikrini belə əsaslandırıb: "Uzun müddətdir ki, Peplə işləyirəm. Onun futbol fəlsəfəsinin əsasını komandanın topu özündə mümkün qədər çox saxlaması, rəngarəng ötürmələr və baxımlı oyun təşkil edir. İndi Quardiolanın yeni inkişaf mərhələsinə çatdırdığı oyun üslubundan faydalananlar çoxdur".
Nihat