"Yuventus"dan ayrılacağı gözlənilən Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo kareyrasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Marko Konterio sosial şəbəkə hesabı üzərindən yayıb.
Xəbərə görə, Rabyonun heyətə qatılması üçün "Tottenhem" daha çox canfəşanlıq edir. Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri isə fransız futbolçunun komandanı tərk etməsinin əleyhinə deyil. Mənbə "qoca sinyora"nın müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Adrieni qışda satmağa cəhd edəcəyini, bu plan baş tutmayacağı halda, yayda onunla vidalaşacağını vurğulayıb.
Nihat