"Bolonya"nın hücumçusu Marko Arnautoviç "Mançester Yunayted"in onu yalnız bu yay yox, 5 il öncə - Joze Mourinyu "qırmızı şeytanlar"ı çalışdırdığı dönəmdə də transfer etmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Gazzetta dello Sport" Avstriya millisinin forvardının dediklərini belə çatdırıb:
"O vaxt "Vest hem"də oynayırdım. Mourinyu məndən "Marko, sənin transfer qiymətin nə qədərdir" soruşdu. Sualına "siz məni hələ də transfer etmək istəyirsiz" sualı ilə cavab verdim. Ancaq MY artıq Pol Poqbanı almışdı. Onların məni almağa pulları çatmadı".
Nihat