Bir çox Avropa klublarının transfer siyahısında olan Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Mixail Mudrik karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən yayıb.
Xəbərə görə, London "Arsenal"ı Mudrik üçün Ukrayna klubuna 60 milyon avoluq rəsmi təklif göndərib. Bu məbləğin 20 milyonunu müxtəlif bonuslar şəklində ödəmək istəyən "topçular"ın şərtlərinin qarşı tərəfin maraqlarını təmin etmədiyi vurğulanıb. Mənbə "Şaxtyor" rəhbərliyinin bu transferdən daha çox qazanmaq niyyətində olduğunu, lakin "Arsenal"a can atan Mixailin də fikrini nəzərə almaq lazım gələcəyini bildirib.
Qeyd edək ki, Mudrik "Metallist"in yetirməsidir. 2016-cı ildən "Şaxtyor"da olan stedadlı futbolçu bu mövsüm klubunun forması ilə çıxdığı 18 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.
Nihat