İngiltərənin "Mançester Siti" klubu "Milan"ın hücumçusu Rafael Leaunu heyətinə qatmaq üçün müxtəlif variantları sınaqdan keçirir.
Fanat.Az "Calciomercatoweb"ə istinadən xəbər verir ki, "şəhərlilər" portuqaliyalını öz vingeri Cek Qrilişlə dəyişməyə də hazırdır və bu təklifini qarşı tərəfə çatdırıb.
Xəbərə görə, "Milan" bossları Qrilişin komandaya qoşulmasının əleyhinə olmasalar da, onun Leau ilə başabaş dəyişdirilməsi fikrini yaxına buraxmırlar.
Qeyd edək ki, 23 yaşlı Leau 2019-cu ildən Milan klubunun formasını geyinir. Bu mövsüm "qırmızı-qaralar"ın forması ilə 26 oyuna çıxan forvard 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat