İspaniyanın "Barselona" klubu təcrübəli yarımmüdafiəçisi Serxio Busketsə yeni müqavilə təklif edib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi onun 2024-cü ilin yanvarına qədər klubda qalmasını istəsə də, Buskets razılaşmayıb.
34 yaşlı futbolçu cari mövsümün sonunda MLS klublarından birinə üz tutmaq qərarının qəti olduğunu bildirib.
Qeyd edək ki, Buskets "Barselona"nın öz yetirməsidir. İspaniya millisində çıxışını DÇ-2022-dən sonra başa vuran dayaq yarımmüdafiəçisi klubunun forması ilə Avropa Liqasından başqa, qatıldığı bütün yarışların qalibi olub.
Nihat