Kiyev "Dinamo"sunun lideri Viktor Tsıqankov karyerasını Niderland çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "De Telegraf" məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı ukraynalı cinah yarımmüdafiəçisi "Liverpul"a keçən Kodi Qakponun yerinə əsas namizəddir.
Tsqankovdan başqa, PSV "AZ Alkmaar"dan Yesper Karlssonu da transfer etməyi düşünür.
PSV Qakponun satışından təxminən 50 milyon avro qazanacaq. "Transfermarkt" Tsıgankovu 22 milyon avro qiymətləndirir. Onun "Dinamo" ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Mirağa