Heyətinə yeni hücumçu qatmağı planlaşdıran "Mançester Yunayted"in diqqətdə saxladığı futbolçulardan birinin də adı bəlli olub.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, bu, Fransanın "Lill" klubunun və Kanada millisinin 22 yaşlı forvardı Conatan Deviddir.
Daha öncə özünü İngiltərə Premyer Liqasında sınamaq istədiyini dilə gətirən Devidin transferinin mövsümün sonunda həyata keçiriləcəyi bildirilib.
Qeyd edək ki, sözügedən hücumçu bu mövsüm "Lill" forması ilə çıxdığı 15 matçda 12 qol vursa da, DÇ-2022-də qrup sonuncusu olan Kanadanın heyətində fərqlənə bilməyib.
Nihat